Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 21:04:00
Tələbələrə plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə məlumatlandırılıb

Tələbələrə plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə məlumat verilib


Bakı Slavyan Universitetində (BSU) plastik tullantıların səmərəli idarə olunması, qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.

BSU-dan  AzEdu.az -a  verilən məlumata görə,  bu məqsədlə hər iki tədris binasında plastik qablar və kağız üçün təkrar emal qutuları yerləşdirilib. Tədbirdə plastik tullantıların ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti barədə tələbələrə məlumat verilib.