XƏBƏRLƏR

07.11.2019 20:09
UNEC-də dəyirmi masa

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Əli Hacıyev, kafedranın dosenti Sahib Məmmədov, ASC-nin iqtisadi xidmət strukturlarının rəhbər işçiləri və mütəxəssislərinin iştirak etdiyi tədbirdə ixrac potensialının formalaşması və inkişafını müəyyənləşdirən əsas amillərdən danışılıb. İxrac potensialından istifadənin daha səmərəli istiqamətinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı və ekoloji siyasətin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması ilə əlaqədar əməli təkliflər irəli sürülüb.

İlin gənc müəllimi-Müraciət formu