XƏBƏRLƏR

07.11.2019 13:20
Akademik Vaqif Abbasov Suraxanı rayon məktəbliləri ilə görüşüb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Suraxanı Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzi arasında 2017-ci ildə bağlanmış müqaviləyə əsasən rayonun maddi imkanları az olan ailələrinin uşaqları üçün kimya və fizika fənlərindən ödənişsiz kurs təşkil olunub.

NKPİ-dən AzEdu.az -a bildirilib ki, 2019-cu ildə qrupda məşğələləri başa çatdıran şagirdlərdən 9-u ali məktəblərə qəbul olunub.

Cari ilin oktyabrından yeni qrup məşğələləri başlayıb.

Akademik Vaqif Abbasov məşğələ qrupunun iştirakçıları ilə görüşüb, onlara məsləhət və tövsiyələrini verib.

İlin gənc müəllimi-Müraciət formu