XƏBƏRLƏR

07.11.2019 11:44
Macarıstan səfiri AzTU-da olub

Noyabrın 6-da Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzEdu.az-n məlumatına görə,qonağı qəbul edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən  elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. AzTU-nun geniş potensialı barədə səfirə məlumat verən professor V.Vəliyev rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanlarından danışıb.

Rektor çıxışında əməkdaşlıq, birgə elmi tədqiqat işləri, tələbə-müəllim mübadiləsi, ikili diplom, iki ölkənin əmək bazarlarına uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması, universitetlərin təcrübələrini bölüşməsi fatmatlarını da önə çəkib.

Görüşdə AzTU ilə Macarıstanın Debresen Universitetinin uğurlu əməkdaşlığından danışılıb və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək fikir mübadiləsi aparılıb.

İlin gənc müəllimi-Müraciət formu