Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 10:08:00
Heç bir məzunu  ali məktəblərə  sənəd verməyən məktəblər – Bölgələrdə acınacaqlı durum

 

 2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

 Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Yevlax rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1078 şagird bitirib, onların 1020 nəfəri buraxılış imtahanında iştirak edib və 522 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 22.55%-i “2”, 40.10%-i “3”, 21.76%-i “4”, 15.59%-i “5”, riyaziyyat fənni üzrə 31.47%-i “2”, 29.12%-i “3”, 24.12%-i “4”, 15.29%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 34.41%-i “2”, 36.67%-i “3”, 16.76%-i “4”, 12.16%-i “5” qiyməti alıb. Ümumilikdə, 1022 nəfər attestat alıb.

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 310 məzunu (imtahanlarda iştirak edənlərin 51.32%-i) tələbə adını qazanıb.

Rayon məzunlarının 61 nəfəri 500-dən, o cümlədən 16 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 252.014-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.0% aşağıdır.

 Beləliklə, rayon abituriyentlərinin yalnız 37.70%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 2.44%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 34.15%-dir.

Qəbul imtahanlarında 39 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Tanrıqulular kənd tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. İravanlı kənd tam orta məktəbinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib. Tanrıqulular kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 5 saylı şəhər tam orta məktəbi daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları