XƏBƏRLƏR

06.11.2019 21:02
Bu  universitetdə  kafedraların sayı azaldıldı

Azərbaycan Texniki Universitetində (AzTU) kafedraların sayı azaldılıb.

AzTU-dan  AzEdu.az-a  verilən məlumata görə, bu barədə AzTU-nun Elmi Şurasının bugünkü iclasında qərar qəbul olunub.

Məlumata görə, ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin yeni istiqamətlərinə və fakültələrin yenidən təşkilinə uyğun olaraq bir sıra kafedralar ixtisar edilərək onların bazasında yeni kafedralar yaradılıb

Elmi Şurada alternativ əsasda, gizli səsvermə yolu ilə yeni yaradılmış kafedraların müdirləri seçilib.

İlin gənc müəllimi-Müraciət formu