XƏBƏRLƏR

06.11.2019 15:40
Universitetə qəbul olmaq istəyənlər əlavə imtahan da verəcəklər –SOS       

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Əlavə imtahan  Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə təşkil olunacaq. Beləliklə, onlar hər iki imtahandan topladıqları balların cəminə əsasən, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu