Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 15:17:00
Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Maqistratura (İnternetional Master of Public Health) proqramına qəbul elan edir. 

AzEdu.az xəbər verir ki, “Çinin mükəmməl Gəncliyi Sxemi-Maqistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login  elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.