Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 14:27:00
16 noyabrda “HƏDƏFDƏ STEM-3” adlı interaktiv təlim-treninq keçiriləcək

Hədəf STEM Liseyinin və Eduhekin birgə təşkilatçılığı ilə müəllimlər və tələbələr üçün interaktiv təlim keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə liseyin direktoru Şəmil Sadiq rəsmi facebook səhifəsində elan paylaşıb. Elanda deyilir:

“ Hörmətli müəllimlər və tələbələr!

Sizi 16 noyabr tarixində “HƏDƏFDƏ STEM-3” adlı interaktiv təlim-treninqlərinə dəvət edirik.

Treninqlərdən qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://bit.ly/2IwMqBj

Təlim-treninqlər ölkəmizin qabaqcıl və müasir təhsil işçilərinin məruzələrindən, 5 blokda 3 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, yekunda məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaq.

Hədəf STEM Liseyinin və Eduhekin birgə təşkilatçılığı ilə keçiriləcək təlim-treninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEM, Makeblock robotiks, Arduino, MatataLab və Fischertechnik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək, STEM dərslərinin qurulması, STEM əsaslı təhsildə fənlərin inteqrasiyaından düzgün istifadə və bu təhsil metodu ilə bağlı suallarınıza cavab tapacaqsınız.

Son qeydiyyat tarixi: 10 noyabr.

Biletin qiyməti: 35 AZN

Əlaqə nömrəsi:+994 50/70 272 2018”