Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 13:55:00
Şagirdlər İnformasiya Texnologiyaları İnstitutunda olublar

Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsindəki  120 nömrəli tam orta məktəbin şagirdləri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olublar. Şagirdlər institutun Tədris-İnnovasiya Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə tanış olublar.

 İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bu elm müəssisəsi haqqında şagirdlərə ətraflı məlumat verib. O, həmçinin, institutun Elmi- tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi, internet xidmətləri, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb. (Azərbaycan müəllimi)