XƏBƏRLƏR

06.11.2019 13:31
Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər müzakirə olunur

Noyabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər” adlı tədbir keçirilir.

AzEdu.az xəbər verir ki, tədbir Çində qeyd olunan jurnalist gününə və Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı gününə həsr olunub.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin səmərəli inkişaf etdiyini bildirərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı iki ölkə arasında televiziya və radio yayımı sahəsində əməkdaşlığa dair imzalanan sazişlərdən söz açıb. O, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu agentliyin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıqdan etməsindən məmnunluğunu bildirib, turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolu olduğunu da qeyd edib. (Azərtac)

İlin gənc müəllimi-Müraciət formu