Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 11:55:00
Azərbaycan Dövlət Aqrar Universitetində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

Yaxın günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq. Ali təhsil ocağının tələbələrinə “Vikipediya” təlimləri keçiriləcək. Təlimlərin əsas məqsədi bölgələrdə könüllülərin sayının çoxalmasına nail olmaqla yanaşı, bu istiqamətdə fəallığı artırmaqdır.

AzEdu.az xəbər verir ki, bu barədə  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvi İbrahim Cəfərov bu mərkəzin fəaliyyət göstərməsini və təlimlər keçirilməsini dəstəkləyir. Yenə də əsas məqsəd və istək azərbaycandilli “Vikipediya”da aqrar mövzusunda məqalələr yaradılmasını və redaktəsini həyata keçirtməkdir. Həmçinin təlimlər zamanı və ondan sonra könüllülər tərəfindən aqrar mövzuda keyfiyyətli, məzmunlu məqalələr yaradılmasını və redaktəsini gerçəkləşdirməkdir. Xatırladım ki, bir ay əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb. Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bu prosesdə fəal iştirak edir. Təlimləri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, azərbaycandilli ”Vikipediya”nın idarəçisi, “Vikimedia” Fondunun qlobal idarəçisi Rüfət Rəhimov keçəcək. O, Yeni YAP Gəncə şəhər təşkilatında bir neçə təlim aparıb”, - deyə Elnur Eltürk bildirib. (Azərtac)