Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 10:50:00
Gənc alim və mütəxəssislərin ikinci beynəlxalq elmi konfransına qeydiyyat başlanıb

2020-ci il martın 3-dən 6-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin (təbiət elmləri) müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

Akademiyadan AzEdu.az-a bildirilib ki, AMEA-nın və SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə keçiriləcək tədbirdə gənc tədqiqatçıların elmi nəticələrinin təqdimatı nəzərdə tutulur.

Konfransda altı panel – “İntellektual sistemlər və texnologiyalar”, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Riyaziyyatın nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kristollaqrafiya və yeni materiallar” və “Xəzər dənizinin elmi və nəzəri multidissiplinar problemləri” üzrə müzakirələr aparılacaq. Bundan əlavə, orta məktəblərdə araşdırma aparan məktəblilər üçün “Elmdə ilk addımlar” mövzusunda panel təşkil olunacaq.

Konfransda iştirak etmək istəyən gənc tədqiqatçılar (40 yaşadək) və orta məktəb şagirdləri tezislərini 2020-ci il fevralın 1-dək AMEA-nın saytında qeydiyyatdan keçərək göndərə bilərlər.