XƏBƏRLƏR

05.11.2019 23:33
Xızı ərazisində geomorfoloji tədqiqat aparılıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat işləri aparıb.

İnstitutdan  AzEdu.az-a  verilən məlumata görə, tədqiqatlara əsasən elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil layları geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilib. Bu məqsədlə Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrini, o cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı təbiət abidəsini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülüb, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılıb.

İlin gənc müəllimi-Müraciət formu