Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 22:28:00
ADU-da alman dilini tədris edən müəllimlər üçün danışıq klubu

Keçən tədris ilində olduğu kimi, 2019/2020-ci tədris ilində də Azərbaycan Dillər Universitetində (ADU) müxtəlif fakültələrdə alman dilini tədris edən müəllimlər üçün danışıq klubu yaradılıb.

ADU-dan AzEdu.az-a  verilən məlumata görə, Avstriya mübadilə xidmətinin ali məktəbdə olan rəhbəri Ştefani Matzer tərəfindən aparılan danışıq klubunda əsasən Almaniya, Avstriya və İsveçrə ilə bağlı mövzular müzakirə edilir.

Danışıq klubu həftədə bir dəfə keçirilir.