XƏBƏRLƏR

05.11.2019 17:49
Yaponiyada oxumaq üçün əla şans – Mütləq yararlanın  

Yaponiyada təhsil almaq istəyənlər Yaponiya hökumətinin elan etdiyi təqaüd proqramından yararlana bilərlər.

AzEdu.az xəbər verir ki,  təqaüd proqramı vasitəsilə gənclər magistratura və doktorantura səviyyəsində Tohoku Universitetində təhsil ala bilərlər.

Təqaüd proqramı vasitəsilə gənclər magistratura üzrə 2 il, doktorantura səviyyəsində isə 3 il təhsil ala bilərlər.

İngilis dilli proqramında təhsil almaq istəyənlər üçün IELTS və ya TOFEL sertifikatı məcburi deyil.

Təqaüd proqramına bütün beynəlxalq tələbələr müraciət edə bilərlər.

Yaponiya hökumətinin elan etdiyi təqaüd proqramına son müraciət tarixi  15 noyabr 2019-cu ildir.

Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

 https://opportunitydesk.info/mext-tohoku-university-scholarship/

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu