Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 17:26:48
“Məktəbimizdə” - Fotorubrika  

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

AzEdu.az xəbər verir ki, budəfəki görüntülər Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydən çəkilib. Məktəb 1936-cı ildən fəaliyyət göstərir.

Hazırda məktəb-liseydə 3104 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olur.

Tədrisin keyfiyyətinə nəzarət məqsədilə ümumi təhsil müəssisəsində mütəmadi olaraq “açıq qapı” günləri keçirilir.

Məktəb-liseyin respublika və beynəlxalq bilik yarışları və olimpiadalara qatılan şagirdləri uğurlu nəticələr əldə ediblər. 

Məktəbin 3 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəbin direktor müavini “Tərəqqi” medalı, 3 müəllimi isə “Qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif olunub.

Məktəb-liseyin şagirdlərindən Məsail Quliyev “İNEPO-EUROASİA” ətraf mühitin mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadasında 35 dövlətin komandası arasında II yerə layiq görülüb. Şagirdlərdən Nərmin Nərimanzadə də Beynəlxalq Ana dili  Gününə həsr olunmuş VIII ənənəvi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində uğurlu nəticə əldə edərək II yeri qazanıb. 

Məktəb ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “FLEX” layihəsi üzrə müsabiqəyə də qatılıb.

Qərb regionunda ilk olaraq bu ümumi təhsil müəssisəsində “Gimnastika” qrupu yaradılıb ki, həmin komanda Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarış və tədbirlərdə nümunəvi çıxışları ilə fərqlənirlər. 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.