Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 10:55:22
Kollec tələbəsi odlu silahdan atəş açdı - 1 ölü, 3 yaralı

Sibirdə Nəqliyyat Texnologiyaları Kollecinin birinci kurs tələbəsi dərs zamanı qrup yoldaşlarına atəş açıb.

AzEdu.az Rusiya mediasına istinadən xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində 3 nəfər tələbə yaralanıb. Onlardan biri güllə yarası alıb, digər ikisi isə özünü pəncərədən atdığından zədələnib. Atəş açan tələbə isə daha sonra intihar edib. İnsidentin dəqiq səbəbləri hələlik bilinmir.

Araşdırmalara başlanılıb.