Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 21:06:00
UNEC Tbilisi Dövlət Universiteti ilə əməkdaşlıq edəcək - FOTO

Gürcüstanın Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Tamar Sulukhia Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 
UNEC-dən AzEdu.az-a bildirilib ki, rektor, professor Ədalət Muradov ilə görüşdə Azərbaycan Dövlət İqtisad və Tbilisi Dövlət universitetləri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılıb.