XƏBƏRLƏR

04.11.2019 14:05
ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

 

Greencard” lotereyasına müraciət üçün qeydiyyat sabah yekunlaşır.

AzEdu.az xəbər verir ki, “Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir.  Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

ABŞ hökuməti  2021-ci il üçün bütün dünyadan olan iştirakçılara   55000 “Greencard”  verməyi planlaşdırır.

Qeyd edək ki, “Greencard” almaq şansını verən lotoreyada iştirak etmək üçün  “DV Lottery” nin rəsmi səhifəsinə müraciət etmək lazımdır. Müraciət üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

https://dvlottery.state.gov/

 

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu