Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 12:35:00
Azərbaycan Universitetinin prorektoru beynəlxalq riyaziyyat məktəbində mühazirə oxuyub

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov Beynəlxalq Nəzəri və Tətbiqi Riyaziyyat Mərkəzi (Fransa) - CIMPA (Centre Internatıonal de Mathématıques Pures et Applıquées) və Nant Universiteti (Fransa) tərəfindən Türkiyənin İzmir şəhərində təşkil olunmuş Qərbi Asiya Riyaziyyat Məktəbi adlı beynəlxalq tədbirdə hər biri 80 dəqiqə olmaqla 3 mühazirə oxuyub.

AzEdu.az xəbər verir ki, tədbirin təşkilatçılarından biri olan Yusif Qasımov buraya dinləyici qəbul edilmiş Qərbi Asiyanının müxtəlif dövlətlərini təmsil edən 40 iştirakçını dəyişən oblastlı məxsusi ədəd məsələləri, formaya görə optimallaşdırma və tərs məsələlər sahəsində əldə etdiyi nəticələrlə tanış edib.  

Bundan başqa tədbirin iştirakçılarının təmsil etdikləri universitetlərlə Azərbaycan Universiteti arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Mərakeş universitetlərindən birinin 2020-ci ilin iyun ayında Azərbaycan Universitetində keçiriləcək Knowledge and Being: different cultutres and diffrent traditions beynəlxalq konfransının tərəfdaşlarından biri olması qərara alınıb. 

Qeyd edək ki, Mərkəzi Fransada olan CIMPA təşkilatı özünün “CIMPA Schools” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində gənc tədqiqatçılar üçün riyaziyyatın müxtəlif istiqamətləri üzrə məktəblər təşkil edir. Məktəblərə həmin istiqamətlər üzrə dünyanın tanınmış alimləri dəvət olunur. Növbəti belə məktəb oktyabrın 27-də İzmirin Şirince bölgəsində yerləşən “Nesin Matematik Köyü”ndə başlayıb. Noyabrın 3-dək davam edən Qərbi Asiya Riyaziyyat Məktəbinə Fransa, Azərbaycan, İraq və Mərakeşdən alimlər  dəvət olunublar. Seminarların dinləyiciləri isə Qərbi Asiyanın müxtəlif ölkələrini təmsil edən gənc tədqiqatçılar olub.