XƏBƏRLƏR

04.11.2019 12:05
Müəllimlərin nəzərinə: Aylıq vəzifə maaşlarına əlavələrdə artım gözlənilir

“Gələn ildən müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə də artım olacaq”.

AzEdu.az xəbər verir ki, bu sözlər iqtisadçı ekspert Qubad İbadoğluna aiddir. Ekspert  qeyd edir ki, 2020-ci ildə təhsil xərclərinin artımını şərtləndirən başlıca amil əmək haqları xərclərinin artımıdır:

“Gələn il təhsil işçilərinin əməyinin ödənişi xərclərinin təhsil xərclərindəki payı 70 faizi ötəcək.

Bu artım əsasən tam ştatda olan müəlimlərin aylıq vəzifə maaşlarının artımına yönəldiləcək. Maaşlara əlavələrdə isə (sinif rəhbərliyi, elmi dərəcələr, şəhər mərkəzindən uzaq məsafədə yerləşməsinə və s. görə olan əlavələr) artım 2020-ci ildən cüzi də olsa həyata keçiriləcək”.

Xatırladaq ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb.

Qeyd edək ki, 2020-ci il üçün təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

İlin gənc müəllimi-Müraciət formu