Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 10:13:00
DİM icraçı vəzifələr üzrə statsitik göstəriciləri təqdim edib

Dövlət İmtahan Mərkəzi 27 oktyabr 2019-cu ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlər haqqında statistik məlumatları təqdim edib.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1425 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 397 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 425 nəfər isə məlumatları "Dövlət qulluqçularının Reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilmiş dövlət qulluqçuları, hazırda müddətli əmək müqaviləsi əsasında çalışan şəxslər və dövlət qulluğuna xitam verilmiş şəxslər kateqoriyalarına bölünür. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid şəxslərin  sayı 46 nəfərdir. Bu namizədlərdən 9 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə dövlət qulluğunda daha  yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər. Hazırda müddətli əmək müqaviləsi əsasında çalışan ikinci kateqoriyaya aid şəxlərdən 312 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və 33 nəfər müvəffəqiyyət əldə etmişdir. Üçüncü kateqoriyaya aid şəxslərdən isə 67 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və 13 nəfər uğur qazanıb.

Beləliklə, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 452 nəfər (24.4%) müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda uğur qazanan, müvafiq sertifikatı əldə etmək üçün elektron qeydiyyatdan keçən və məlumatları Mərkəz tərəfindən təsdiq edilən şəxslər müsahibələrdə iştirak etmək hüququ qazanırlar. Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.

Ayşə Müseyib