Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 10:02:00
Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

AzEdu.az xəbər verir ki, Sabirabad şəhərində keçiriləcək qəbulda Şirvan, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul 8 noyabr 2019-cu il tarixində saat 11.00-da Sabirabad şəhəri, Heydər Əliyev Mərkəzində, Heydər Əliyev prospekti 95 ünvanında  keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya DİM-nın Şirvan regional bölməsinə (əlaqə tel.: (021)215-15-23) müraciət etməlidirlər.

Bundan əlavə Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon Təhsil şöbələrində 4-7 noyabr tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 Ayşə Müseyib