Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 09:51:00
“Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” kitabı nəşr olunub  

“Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” kitabı nəşr olunub.

AzEdu.az xəbər verir ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi münasibətilə “Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı olan AMEA üzvləri” adlı kitab nəşr olunub.

“Elm” Nəşriyyatında çapdan çıxmış kitabda 1945-ci ildən indiyədək NKPİ-də işləmiş və hazırda fəaliyyət göstərən AMEA üzvləri barədə dolğun məlumat yer alıb.

Kitabda Azərbaycan Elmlər Akademiyasının və AMEA-nın 20 həqiqi (akademik) və 12 müxbir üzvü haqqında məlumat verilir.

Yeni nəşr şagirdlər, tələbələr, tədqiqatçılar və müəllimlər üçün dəyərli mənbədir.