Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 13:29:00
Google süni intellektə qoxuları tanımanı öyrətdi

Google Beyin Komandası, süni intellektə molekul və qoxular arasındakı əlaqəni təyin etməyi öyrətdi. Aparılan araşdırmalara görə süni intellekt alqoritmləri, fərqli qoxuları ayırd edə bilir.

AzEdu.az xəbər verir ki, ətir istehsalçıları və elm insanları, illərdir bir molekulun quruluşu ilə qoxusu arasındakı əlaqəni təyin etməkdə çətinlik çəkirdilər. Araşdırmaçılar, işığın dalğa boyuna görə rəngləri təyin edə bilsə də, qoxular üçün molekulu analiz edərək qoxusunu təyin edə bilmirdilər.

Araşdırmaçılar, ətir istehsalçıları tərəfindən təyin olunan və geniş bir müxtəlifliklə təxminən 5.000 molekuldan ibarət olan bir məlumat bazasını yaratdılar. Süni intellekti yoxlamaq üçün qalıcı qoxuları istifadə etdilər. Alqoritm, molekulların strukturlarına görə qoxularını təxmin edə bildi.

Ancaq araşdırmaçıların qarşısında əhəmiyyətli bir maneə var: İki insan, eyni qoxunu fərqli şəkildə təyin edir. Bəzən molekullar eyni atomlara və bağlara sahib ola bilir, ancaq fərqli əks olunma nizamından ötəri fərqli qoxulara sahib ola bilirlər. Bunlara kiral cütlər deyilir.

Google araşdırmaçıları, süni intellekti müəyyən molekulları qoxularla əlaqələndirmək üçün təliminin əhəmiyyətli bir ilk addım olduğuna inanır. (milli.az)