Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 16:28:00
Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

“Təhsil haqqında” Qanuna əsasən müfaviq ixtisas üzrə pedaqoji təhsili olan və olmayan mütəxəssislər pedaqoji fəaliyyətlə məşğul ola bilər.

Bəs qanunvericiliyə görə kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilmir?

AzEdu.az xəbər verir ki, məhkəmənin  qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən, ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər tədrislə məşğul ola bilməz.

Bununla yanaşı, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olan şəxslər xəstəliklərə görə pedaqoji fəaliyyətdən uzaqlaşdırılır. 

Qeyd edək ki, müvafiq təhsil müəssisənin qanunla təsdiq edilmiş  etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Ayşə MÜSEYİB