Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 10:02:00
“2020-ci ilin təhsil xərcləri maaş artımından xəbər verir” - EKSPERT

“2020-ci ildə təhsil işçiləri əməyinin ödənişi xərclərinin təhsil xərclərindəki payı 70 faizi ötəcək”.

AzEdu.az xəbər verir ki, bu sözlər iqtisadçı ekspert Qubad İbadoğluna aiddir. Ekspert  qeyd edir ki, 2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə ayrılan vəsait 2019-cu ilə (2282,2 milyon manat) nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur:

“2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək ki, bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi isə 3,8 faiz olacaq ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 0,9 faiz-bənd çoxdur. Bu müqayisə onu göstərir ki, 2020-ci ildə təhsil büdcəsi üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılıb. Göründüyü kimi gələn il üçün büdcənin ümumi xərcləri bu illərlə müqayisədə 6,8 faiz artıq proqnozlaşdırıldığı halda, təhsil bölməsi üzrə xərclərin artımı 38,3 faiz təşkil edir. Deməli təhsil xərclərinin artımı büdcənin ümumi xərclərinin artımını 6 dəfəyədək ötür.

Nəzərə almaq lazımdır ki, 2020-ci ildə təhsil xərclərinin artımını şərtləndirən başlıca amil əmək haqları xərclərinin artımıdır. Belə ki, gələn il təhsil işçilərinin əməyinin ödənişi xərclərinin təhsil xərclərindəki payı 70 faizi ötəcək”.

Qeyd edək ki, 2020-ci il üçün təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.