Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 15:29:00
Gələn il keçiriləcək qəbul imtahanlarında keçid balları aşağı düşəcək? - Rəsmi cavab  

2020-ci ildə keçiriləcək qəbul imtahanlarında ixtisaslar üzrə keçid ballarının aşağı düşəcəyi ilə bağlı informasiyalar yayılıb.

Redaksiyamıza da gün ərzində “ixtisaslar üzrə keçid balları aşağı düşəcəkmi?” tipli suallar tez-tez daxil olur.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Bu göstəricini DİM müəyyən etmir.

Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Bu barədə müsabiqədən əvvəl proqnoz vermək mümkün deyil.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları