XƏBƏRLƏR

31.10.2019 17:30
Bu proqramlarla 3 fərqli ölkədə təhsil ala bilərsiniz – “Xaricdə oxu”  

Xarici universitetlərdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir. Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları müşahidə edirik.

AzEdu.az  növbəti dəfə təqaüdlə təhsil ala biləcəyiniz  xarici universitetlərin siyahısını təqdim edir:

İsveçdə təhsil almaq istəyənlər “Sweden-government-scholarship” proqramında yararlana bilərlər. Bu proqrama son müraciət tarixi 15 yanvar 2020-ci ildir.

“Sweden-government-scholarship” proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər

  https://opportunitiescorners.info/sweden-government-scholarship-2020/

Yaponiya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Japanese-Government-Scholarship” proqramından yararlana bilərlər. Bu proqram haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən  linkə daxil ola bilərlər:

https://scholarships365.info/Japanese-Government-Scholarship-2020

 Belçika universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Belgium Government scholarship” proqramından yararlana bilərlər.Bu proqram haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.nationalmeritscholarships.com/belgium-government-scholarship.html

Xaricdə təqaüdlə oxumaq istəyənlər Qətər Universitetində təhsil ala bilərlər.   Qətər Universitetinin əcnəbi tələbələr üçün elan etdiyi təqaüd proqramına son müraciət tarixi 5 noyabrdır. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

http://www.qu.edu.qa/students/admission/scholarships

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu