Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 16:59:22
Bu rayonlar qəbul göstəricilərinə görə Bakı və Sumqayıtı üstələyirlər – Ötənilki nəticələr  

2018-ci ildə keçirilən qəbul imtahanlarında kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur.

Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubad və İsmayıllı rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, 2018-ci il Bakı şəhəri üzrə məzunların 88.57%-i, Sumqayıt şəhəri üzrə 90.45%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 57–74%-i ali təhsil müəssisələrinə sənəd verib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları