Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 12:40:00
Dünyanın 1400 ən yaxşı universitetləri arasında bircə təmsilçimiz olmadı – Yeni reytinq cədvəli  

Times Higher Education (THE) kompüter və mühəndislik proqramlarında 2020-ci ilin ən yaxşı universitetlərinin siyahısını təqdim edib.

AzEdu.az xəbər verir ki, ardıcıl dördüncü ildir ki, Böyük Britaniyanın Oksford Universiteti reytinq cədvəlinə birinci yerdə, Kembric Universiteti isə üçüncü yerdə qərarlaşır. ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu bu il 3 pillə irəliləyərək ikinci yerə yüksəlib.

Məlumata əsasən, Stenford, Yale, Harvard və London İmperial Kollecinin hər biri ilk onluqda yer alıb. Çinin Tsinghua və Peking universitetləri müvafiq olaraq 23 və 24-cü yerləri bölüşüblər.

Ümumilikdə son illərdə bu ölkənin ali təhsil müəssisələri dünya miqyasında nüfuzlarını artırmaqda davam edirlər.

Avropada İtaliyanın ən yaxşı ali təhsil müəssisələri top 200-lükdə yer alır. Həmçinin bu siyahıda Almaniyanın təmsilçiliyi də güclüdür.

2020-ci il “Times Higher Education”ın reytinq cədvəlində Türkiyəni mühəndislik üzrə 26, kompüter elmləri üzrə isə 7 universitet təmsil edib. Ən yaxşı yerləri isə Bilkent və Sabancı universitetləri tutublar: 251-300 sıralamasında yer alıblar. Həmçinin Boğaziçi (301-400), Koç (401-500), İTÜ(501-600), Erçiyes universitetləri də (601-700) reytinq cədvəlində yer alıblar.

Qeyd edək ki, reytinq 92 ölkədən ümumilikdə 1400 universitetinin iştirakı ilə müəyyən edilib.