XƏBƏRLƏR

30.10.2019 16:22
Akademiyanın pensiya yaşını çoxdan adlamış institut direktorları - Ən yaşlılar  

Son günlər  dövlət başçısının Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq bir çox yüksək   vəzifəli şəxslər istefa ərizəsi ilə müraciət ediblər.

Onlara misal olaraq, akademik Akif Əlizadə, Hacıbala Abutalıbov, Əli Həsənov və Hafiz Paşayevi deyə bilərik.

Azərbaycan elminin mərkəzi sayılan Milli Elmlər Akademiyasında isə yaş senzini keçən bir çox şəxslər var.

AzEdu.az-ın Elmlər Akademiyasının institut direktorlarının yaşı barəsində apardığı kiçik araşdırma da bunu təsdiqləyir.

Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev elmimizin yaşlı nümayəndələrindəndir. Alimin hazırda 84 yaşı var.

Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun direktoru akademik Yaqub Mahmudov isə həmkarından bir neçə yaş kiçikdir. Həm də Milli Məclisin deputatı olan tarixçi alimin 81 yaşı var.

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 73 yaşı var.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin  gələn il 80 yaşı olacaq.

Kataliz və Qeyri-kimya İnstitutunun direktoru professor Dilqəm Tağıyev həmkarlarından nisbətən “gəncdir”. Professorun 71 yaşı var.

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və akademiyanın vitse-prezidenti akademik  İsa Həbibbəylinin isə 70 yaşı var.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova gələn il 75 yaşını qeyd edəcək.

Ən yaşlı institut direktorları isə Mikrobiologiya İnstitunun direktoru professor Məmməd Salmanovdur. Onun 88 yaşı var.

Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə 85 yaşındadır.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu