Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 12:45:00
Məktəb jurnalındakı düzəlişləri ancaq bu yolla aparmaq olar – Xəta olarsa  

Qanunvericiliyə əsasən məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır.

Müəllimləri ən çox təşvişə salan məsələlərdən biri də rəsmi məktəb sənədlərində, eləcə də sinif jurnalında səhvlər etmək, qaralama salmaqdır.

Bəs bu hallar baş verdiyi təqdirdə düzəlişləri necə etmək lazımdır?

AzEdu.az xəbər verir ki, məktəb sənədlərinin bəziləri mürəkkəblə və kompüterlə yazılır.

Sənədin mətnində və ya rəqəmlərində   buraxılmış səhv söz və ya rəqəmin üstündən xətt elə çəkilir ki, onu oxumaq mümkün olsun, onun yanından isə düzgün variantı yazılır.

Bütün düzəlişlər izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərəfindən imzalanmalı və məktəbin möhürü  ilə təsdiq edilməlidir. Sənədlərdə olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi üçün sənədə imza etmiş vəzifəli şəxs məsuliyyət daşıyır.

Qeyd edək ki, saxlanma müddəti qurtarmış sənədlər aktlaşdırılır və məhv edilir.

Ayşə Müseyb