XƏBƏRLƏR

29.10.2019 14:28
Yüksək bal toplayan bakalavrlar bu prestijli ixtisasları seçiblər  

2018-ci ildə keçirilən magistraturaya qəbul imtahanlarında ən yüksək balı toplayan bakalavrlar tədrisi ingilis dilində olan “Kommersiya hüququ” və “Maliyyə menecmenti” ixtisaslaşmalarına qəbul olublar.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Bu ixtisaslaşmalar üzrə müvafiq olaraq Bakı Dövlət Universitetinə qəbul olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Ələkbərli Əli Azər oğlu və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan Bakı Mühəndislik Universitetinin məzunu Zeynalov Bəxtiyar İlqar oğlu qəbul imtahanında 138 bal toplayıblar.

64 bakalavr qəbul imtahanında ən azı 125 bal toplayıb. Onlardan 27 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 10 nəfəri Bakı Dövlət Universitetinə, 6 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 6 nəfəri Bakı Ali Neft Məktəbinə, 3 nəfəri Bakı Mühəndislik Universitetinə, 2 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasına, 2 nəfəri Azərbaycan Dillər Universitetinə, 1 nəfəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 1 nəfəri Naxçıvan Dövlət Universitetinə, 1 nəfəri Azərbaycan Dövlət Aqrar Universitetinə, 1 nəfəri Xəzər Universitetinə qəbul olub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu