XƏBƏRLƏR

29.10.2019 09:36
Azərbaycan və rus bölmələrinin abituriyentləri arasında kəskin bilik fərqləri – Rəsmi rəqəmlər

2018-ci ildə keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin olduğu aşkarlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə Azərbaycan bölməsində minimal bal 540, rus bölməsində 249;

II ixtisas qrupunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyat” ixtisası üzrə Azərbaycan bölməsində 616, rus bölməsində 339;

III ixtisas qrupunda Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisası üzrə Azərbaycan bölməsində 639, rus bölməsində 386;

IV ixtisas qrupunda Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” ixtisası üzrə Azərbaycan bölməsində 608, rus bölməsində 376 bal olub.

Azərbaycan və rus bölmələrində ayrılıqda formalaşan minimal ballarına nəzər saldıqda bu ixtisaslara qəbul olan Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilikləri arasında ciddi fərqlərin olduğu müşahidə edilir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu