Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 11:37:40
DİM buraxılış imtahanı ilə bağlı qaranlıq qalan vacib məsələyə aydınlıq gətirdi - Xarici dil problemi

Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (əsas xarici dil) fənnindən imtahan verəcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Məlumatda qeyd olunur ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 11 illik bazada kolleclərin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq. Əlavə xarici dil seçimi elektron ərizə doldurulan zaman ediləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları