Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 09:53:00
“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı çapdan çıxıb.

 Azedu.az xəbər verir ki, vəsait Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun “Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında” 18 aprel 2019-cu il tarixli sərəncamına əsasən işıq üzü görüb.

İki bölmədən ibarət olan nəşrin birinci hissəsində AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Türk oğlu Ərtoğrol Cavid (Ərtoğrol Cavid irsinin öyrənilməsi məsələləri)”, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dahi atanın istedadlı oğlu”, professor Hüseyn Həşimlinin “Ərtoğrol Cavidin bədii yaradıcılığı”, filologiya  elmləri doktoru Azər Turanın “Ərtoğrol Cavid - ölümə tərk edilən” və s. müəlliflərin Ərtoğrol Cavid irsinin tədqiqinə həsr olunan məqalələri öz əksini tapıb.

İkinci bölmədə isə Cavidlər ailəsinə məxsus, o cümlədən ümummilli liderin Hüseyn Cavidin  Naxçıvanda ucaldılan məqbərəsinin açılışı zamanı çəkilən fotoşəkilləri və Ə.Cavidin anası Müşkünaz xanım və bacısı Turana yazdığı məktublar da yer alıb.