Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 09:08:00
Tələbələr onlara uğur sirlərini açacaq kitablara qovuşdular - FOTO

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnkişaf Könüllüləri (AİK) Aqrar sektorda təhsil alan gənclərin işgüzar inkişafına dəstək tədbirlərini davam etdirir.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin və Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı ilə, biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanla görüş və imza günü keçirilib.

İmza günü və görüşün keçirlməsində əsas məqsəd, Aqrar Universitetin və Aqrar İnkişaf könüllülərinin işgüzar inkişafına dəstək vermək və onların bu sahədə fəaliyət göstərən yaradıcı şəxslərlə ünsiyyət vasitəsi ilə dünya görüşlərinin artırılmasıdır. Görüşdə iştirak edən, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə yanaşı, Aqrar İnkişaf könüllülərinə də müəllifin imzalı kitabları təqdim edilib. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılmış kitablarda müəllifin şəxsən tanıdığı insanların həyatlarındakı real və praktiki nümunələr də yer alıb. Müəllifin yazdığı kitablar ölkəmizdə gənclərin karyera və işgüzar inkişafı sahəsində önəmli əsərlər sırasında yer alır. 

Qeyd edək ki, Nadir Adilman hüquq üzrə fəlsəfə doktoru, dosentdir. O, Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifidir və gənclərin sevimli müəlliflərindən biridir.