XƏBƏRLƏR

26.10.2019 15:56
DST-nin himayəsi ilə səhiyyədə qabaqcıl texnologiyalardan istifadə planı hazırlanıb

Yeni informasiya texnologiyaları tibbdə əsl inqilab edib. İndi bizim evdən çıxmadan həkim müayinəsinə yazılmaq, ondan məsləhət almaq və ya dərman sifariş etmək imkanımız var. Yeni elektron xidmətlərdən istifadə milli səhiyyə sistemlərini möhkəmləndirməyə və əhalinin sağlamlığını daha yaxşı qorumağa kömək edir, lakin bununla yanaşı, bir sıra problemlər, o cümlədən etik xarakterli problemlər yaradır.

AzEdu.az BMT-nin saytına istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi ilə bu həftə Cenevrədə ekspertlərin birinci görüşü keçirilib. Görüşdə tibbdə rəqəmsal texnologiyaların irəlilədilməsində DST-nin rolu müzakirə edilib. Görüş iştirakçıları rəqəmsal səhiyyənin inkişaf planını işləyib hazırlayıblar. Planda rəqəmsal texnologiyalardan ədalətli istifadədən tutmuş pasiyentlərin məlumat bazasının müdafiəsinədək müxtəlif aspektlər əks olunub

DST-nin baş direktoru Tedros Hebreyesus deyib: “İstisnasız olaraq bütün hökumətlər öz vətəndaşlarına tibbi xidmətlər göstərirlər. Bir çox rəqəmsal texnologiyalar onların həllinə kömək edir”.

DST-nin himayəsi ilə rəqəmsal səhiyyə sahəsində texniki məsləhət qrupu yaradılıb. Qrupa hökumət ekspertləri, vətəndaş cəmiyyətinin, İKT şirkətlərinin və elmi dairələrin nümayəndələri daxil olub. Rəqəmsal səhiyyənin müxtəlif sahələrinin mütəxəssisləri olan bu ekspertlərin bir qismi tibbdə süni intellektdən istifadə, cərrahiyyənin robotlaşdırılması və biotibbi inniovasiyaların inkişafı, digər qismi etika, idarəçilik, hüquqi aspektlər və təhlükəsizlik problemləri ilə məşğul olur.

Yeni texniki məsləhət qrupunun üzvləri rəqəmsal səhiyyənin inkişaf planının reallaşdırılması yollarının müzakirəsi üçün müntəzəm görüşəcəklər. DST-nin rəqəmsal səhiyyə departameninin direktoru Bernardo Mariano deyib: “DST-nin məqsədi əhalinin sağlamlığının möhkəmləndirilməsini, habelə özünü təsdiq etmiş vasitələrin hər yerdə hamıya əlçatan olmasına kömək göstərmək üçün rəqəmsal texnologiyalaradan təhlükəsiz istifadəni təmin etməkdir”. O əlavə edib ki, söhbət rəqəmsal dövrdə tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdan gedir.

Daha əvvəl, bu il DST mobil telefon, planşet və kompüterlərdə istifadəsi mümkün olan rəqəmsal səhiyyə texnologiyalarının tətbiqinin 10 üsulu haqqında tövsiyələrini açıqlayıb. Bu tövsiyələr, məsələn, smartfon vasitəsilə növbəti həkim müayinəsinin vaxtının çatdığını hamilə qadınlara xatırlatmağı, yaxud uşaqlı ailələrə peyvənd üçün dəvət göndərilməsini nəzərdə tutur. Tibb işçiləri diaqnoq qoymaq və ya tibb materialı ehtiyatını vaxtında təmin etmək üçün yeni texnologiyalardan istifadə edə bilərlər.

İlin gənc müəllimi-Müraciət formu