XƏBƏRLƏR

25.10.2019 11:06
Marsa ilk astronavtlar nə zaman göndəriləcək?

Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modellərini təqdim etmişdi. NASA-nın astronavtları Aya göndərmək müddəti bəlli olsa da Marsa ediləcək uçuşun müddəti hələ də müəmmalı olaraq qalırdı. Lakin bu vəziyyət də dəyişib. Belə ki, hər il keçirilən beynəlxalq astronavtika konqressi çərçivəsində NASA agentliyinin rəhbəri ilk astronavtların nə zaman Marsa yola düşəcəyi tarixini açıqlayıb.

AzEdu.az technote.az-a istinadən bildirir ki, müxtəlif ölkələrin kosmik agentliklərinin rəhbərləri ilə görüş zamanı onlara insanın Marsa nə zaman göndəriləcəyi barəsində sual verilib. NASA agentliyinin rəhbərinin sözlərinə əsasən əgər bu məqsəd üçün bütün ölkələr birləşsələr astronavtları Marsa artıq 2035-ci ildə göndərmək mümkün olacaq. "Əgər biz, Aya eniş prosesini sürətləndiririksə deməli Marsa uçuşu da sürətləndiririk. Əgər bizim yetəri qədər vəsaitimiz olsaydı mən güman edərdim ki, artıq 2035-ci ildə Marsa ilk astronavtlar yollana biləcəklər" - deyə NASA rəhbəri qeyd edib.

Qeyd etmək lazımdır ki, hal hazırda NASA üçün ən prioritetli layihə məhz Artemida layihəsidir. Bu layihə çərçivəsində astronavtlar yenidən Aya uçacaqlar. Lakin bu dəfə onların arasında ilk dəfə qadın astronavt da  Ay səthinə ayaq basacaq. Sözügedən missiya 2024-cü ildə reallaşdırılacaq. NASA rəhbəri ümid edir ki, artıq 2028-ci ilə kimi onlar Ayda öz mövqelərini gücləndirərək insanların orda mütəmadi yerləşməsini təmin edəcəklər.

İlin gənc müəllimi-Müraciət formu