Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 09:26:00
Peşə təhsilinə ayrılan xərclər artırıldı

2020-ci il dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırılması və ona xidmətlə bağlı xərclərə ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci ilin  büdcə zərfində qeyd olunub.

Bildirilib ki, büdcədəki təhsil xərclərinin 1,7 %-i (54 milyon manat) peşə təhsili ilə bağlı xərclərə ayrılacaq.

Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsində “İlk peşə-ixtisas təhsili” köməkçi bölməsi üzrə xərclərin məbləği 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 11692,4 min manat çox nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri sənədində "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf perspektivlərinə müvafiq olaraq məzmunun yenilənməsi, qeyri-formal və informal yolla əldə olunmuş səriştələrin tanınması mexanizminin yaradılması, yaşlıların təhsili üçün qanunvericilik bazasının işlənməsi, ümumilikdə peşə təhsilinin nüfuzunun artırılması istiqamətində müəyyən olunmuş tədbirlərin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.