XƏBƏRLƏR

24.10.2019 16:05
Akif  Əlizadənin  başqa  rəhbər vəzifəsi - Sədr  

Dünən öz ərizəsi ilə AMEA prezidenti vəzifəsinə xitam verilən akademik Akif Əlizadə bundan sonra AMEA-da direktor olaraq çalışacaq.

AzEdu.az xəbər verir ki, 85 yaşlı akademik uzun müddət direktoru olduğu AMEA-nın Geologiya və Geofizika İnstitutundakı işini davam etdirəcək.

Lakin A.Əlizadə hazırda həm də  Azərbaycan Respublikası Nazirlər Kabineti yanına Terminologiya Komissiyasının da sədridir.

Qeyd edək ki,  2012-ci il 29 mayda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Eyni zamanda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamında uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində , 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"si təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyasını yerinə yetirir.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu