Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 14:25:00
AMEA-nın vitse-prezidentləri AzEdu.az-a danışdılar: “Alimlərimiz üçün yeni imkanlar yaranacaq”  

Ötən gün Prezident İlham Əliyev akademik  Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AMEA-nın vitse-prezidentləri AzEdu.az-a açıqlamalarında yeni təyinatın AMEA-da yaradacağı müsbət yeniliklərdən danışıblar:  

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli AzEdu.az-a açıqlamasında yeni təyinatın elmin inkişafına böyük təkan verəcəyini vurğulayıb:

“Akademiyanın yeni prezidenti Azərbaycan cəmiyyətində elmin inkişafında böyük rol oynayan şəxsiyyətlərdən biridir. Akademik Ramiz Mehdiyevin dövlətçilik sahəsində  böyük xidmətləri olub. Hesab edirəm ki, Ramiz Mehdiyevin nüfuzu bütün sahələrdə olduqca yüksəkdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının yeni inkişaf mərhələsinə qədəm qoymasına yardımçı olacaq.

Akademiyanın qarşısında mühüm vəzifələr dayanır. AMEA Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq fundamental elmin cəmiyyət quruculuğuna daha da istiqamətlənməsi  baxımından böyük işlər görməlidir. Bu istiqamətdə Ramiz Mehdiyevin keçdiyi yol və onun nüfuzu  yeni inkişafda böyük rol oynayacaq. Biz akademiyada baş verən dəyişikləri Azərbaycan prezidentinin apardığı islahatların bir hissəsi kimi qəbul edirik. Akademiya alimləri Azərbaycan Prezidentinin cəmiyyətdə apardığı yeniləşmə islahatlarını  səmimi qəlbdən dəstəkləyir və müdafiə edirlər. Alimlərimiz aşkar görürlər ki,  bu edilən dəyişiklər  Azərbaycan cəmiyyətinin  daha da inkişaf etməsinə təkan verəcək.

Akademiyanın prezidenti artıq  seçilib. O, Prezident Administrasiyasının rəhbəri kimi akademiyada aparılan  islahatlara rəhbərlik edib və Reyasət Heyətinin üzvü kimi akademiyanın strukturuna yaxından bələddir. Düşünürəm ki, akademik Ramiz Mehdiyevin öz proqramı olacaq   və o,  yeni mərhələ haqqında ideyalar formalaşdıracaq.Ramiz Mehdiyev AMEA-da yeni mərhələnin başlanğıcını qoyacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, biologiya elmləri doktoru İradə Hüseynova Ramiz Mehdiyevin təyinatının Azərbaycan elm tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd edib.

“Ramiz Mehdiyevdən böyük ümidlərimiz var. O, böyük şəxsiyyət və alimdir. Belə bir böyük alimin akademiyanın rəhbəri seçilməsi   alimlər üçün çox böyük imkanlar yaradacaq. Ramiz Mehdiyev Azərbaycan elminin Cənubi Qafqazda inkişafına şərait yaradacaq. Çünki Azərbaycan regionda aparıcı yer tutur.

Yeni ideyalarımız çoxdur. Azərbaycan elmi bu gün dəyişiklər yolunu tutur. Elmin inkişafında yeniliklər özünü göstərir. Ramiz müəllimin  cızacağı və göstərəcəyi yol  elmin inkişafında böyük rol oynayacaq. Yeniliklər sürətlə və ardıcıl şəkildə baş verəcək. Biz dünya elminə inteqrasiya edəcəyik və onun bir hissəsinə çevriləcəyik. Azərbaycan elmi özünün aparıcı rolunu qoruyub saxlayacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları