XƏBƏRLƏR

23.10.2019 20:16
Daha bir Tələbə-könüllü  proqramı təqdim olundu

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

ADPU-dan AzEdu.az-a verilən məlumata görə, tədbirdə çıxış edən “Bir” Tələbə-Könüllü Proqramının üzvü Mirzəzadə Mehman proqramın fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, proqram 500-dən çox dövlət və qeyri-dövlət tədbirlərin təşkilində öz könüllü dəstəyini verib.

Proqramın nümayəndəsi Mənsurə Məhərrəmova bildirib ki, bu proqram ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkəmizdə bir çox genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər mühüm rol oynayırlar.

“Bir” Tələbə-Könüllü Proqramının ADPU üzrə koordinatorları İradə Bəkirli və Nərmin Qəhrəmanova proqramın gənclərin sosial fəallığının artmasına səmərəli təsir göstərdiyini bildiriblər və tələbələri könüllü olmağa çağırıblar.

Təqdimatda “Bir” Tələbə-Könüllü Proqramı ilə bağlı videoçarxlar nümayiş etdirilib.

İlin gənc müəllimi-Müraciət formu