XƏBƏRLƏR

23.10.2019 12:03
"Təhsilin anasını ağladan adam, elmin anasını güldürə bilməz..."  
 
AMEA prezidenti Akif Əlizadə istefa verdi. Bu gözəl gün daha bir istefa xəbəri ilə tarixdə qala bilər. Bu gün Riyaziyyat və Mexanika İnstitutunun yaranmasının 60 ili tamam olur. 
 
Bu institutun direktoru 73 yaşlı Misir Mərdanovdur (Əli Həsənovdan 2 yaş böyükdür). İnstitutun bu əziz günüdə onun da istefası institutun əməkdaşları üçün çimyağ ola bilər. İnanın, müasir riyaziyyatın, fizikanın, kimyanın, geologiyanın, dilçiliyin bu qoca kişilərə heç bir dəxli yoxdur. 
 
Başqa ölkələrin alimlərindən fərqli olaraq bizim alimlərin dövrlə bağlı idarəetmə təfəkkürləri və elmi düşüncələri dəyişmir. Bu baxımdan Riyaziyyat və Mexanika İnstitutu da bu dalğada xilas olunsa ziyanın yarısından geri qayıtmış olarıq. Allah qoca Mərdanova da təpər versin...
 
Təhsilin anasını ağladan adam, elmin anasını güldürə bilməz...
 
Etibar Əliyev
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, 
tanınmış təhsil eksperti, fəlsəfə doktoru

İlin gənc müəllimi-Müraciət formu