XƏBƏRLƏR

23.10.2019 09:45
“Səhhətim ilə əlaqədar istefa vermək qərarına gəldim” - Akif Əlizadə

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

AzEdu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

İlin gənc müəllimi-Müraciət formu