XƏBƏRLƏR

23.10.2019 09:33
17 yaşlı oğlanı öldürən 10-cu sinif şagirdi imiş - Yenilənib

Gəncədə bıçaqlanma olub.

  AzEdu.az "Qafqazinfo" -a istinadən  xəbər verir ki,  şəhər sakini 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. 17 yaşlı oğlanın mübahisə zəminində şəhərin" Bağmanlar" adlanan ərazisində bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 Yaralı xəstəxanada dünyasını dəyişib. Araşdıma zamanı məlum olub ki, Əzim Verdiyevi qohumu bıçaqlayıb. O, yeniyetməyə ürəyindən zərbə endirib. İnsidentin səbəbi bilinmir. 

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub. 

"Qafqazinfo"nun xəbərinə görə, 2002-ci il təvəllüdlü Əzim Verdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilininən həmyaşıdı Məmmədov Elgün Rövşən oğlu saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib. 

O, ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi şəxs çayxanada onun əmisi oğlunu vurmaq istəyib. Bu da əmisi oğlunu mühafizə etmək üçün Ə. Verdiyevi bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. 

İlin gənc müəllimi-Müraciət formu