XƏBƏRLƏR

23.10.2019 09:11
Bu tədris müəssisələrində oxuyanların xeyli hissəsi işlə təmin olunur - Statistika

“Peşə təhsili müəssisələri məzunlarının 60 faizindən çoxu işlə təmin edilib”

Bu sözlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifova aiddir.

AzEdu.az-ın məlumatına görə, “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzulu çıxışında peşə təhsili müəssisələri ilə işəgötürənlərin əməkdaşlığı istiqamətində görülən işlərdən söz açıb:

“Peşə təhsil müəssisələri ilə işəgötürənlər arasında 120-ə yaxın əməkdaşlıq memorandumu imzalanıb.

İşəgötürənlərlə əməkdaşlı nəticəsində məşğulluq səviyyəsində əhəmiyyətli artım özünü göstərir. Xüsusilə də turizm, xidməti və İT sahələri üzrə əhəmiyyətli artım əldə edilib. Belə ki, məşğulluq səviyyəsi  turizm sahəsi üzrə  62%, xidmət sektoru üzrə 68.4%,  İT sahəsi üzrə  72% artıb.

Eyni zamanda, 2015-ci ildən etibarən,  British  Council və turizm xidmət sektorunun nümayəndələri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən 3 ixtisas üzrə “Turizm üzrə kadrların hazırlanması və iş yerində təcrübə” proqramı ilə:

İşəgötürənlər əmək bazarının öyrənilməsi, qəbul, imtahanların keçirilməsi, təlim-tədris, kurikulumların dizaynı prosesinə cəlb olunub.

İş yerində öyrənmə (tədris və təlim praktika əsasında) təşkil olunub.

Peşə təhsili müəssisələri məzunlarının 60 faizindən çoxu işlə təmin edilib.

Layihə uğurla regionlarda davam etdirilir”.

Qeyd edək ki, bu ildən etibarən peşə təhsili müəssisələrinin attestasiya komitələrində işəgötürənlər də iştirak edəcək.  

 

İlin gənc müəllimi-Müraciət formu