XƏBƏRLƏR

22.10.2019 23:49
Dünyanın ilk süni zəka universiteti BƏƏ-də açılır

Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk süni intellekt universitetini açır. BƏƏ rəhbərliyi Məhəmməd Bin Zayed Süni Zəka Universitetinin Abu Dabidə qurulduğunu açıqlayıb.

AzEdu.az  techland.az-a istinadən bildirir ki, dünyadakı ilk süni intellekt universiteti qapılarını 2020-ci ilin sentyabr ayında ilk tələbələri üçün açacaq.

Məzun olan tələbələr hökumət və şirkətlər tərəfindən süni intellekin inkişafı sahələrində işlə təmine ediləcəklər.

Abu Dabidə qurulan süni intellekt universitetinə qəbul olan tələbələrə təqaüd, aylıq müavinət, tibbi sığorta və yaşayış kimi imkanlar təklif ediləcək.

Universitet tələbələrin təcrübə imkanlarını təmin etmək üçün aparıcı yerli və qlobal şirkətlərlə işləyəcək və universitet məzun tələbələrin məşğulluğu üçün şəxsən araşdırmalar aparacaq.

İlin gənc müəllimi-Müraciət formu